Avq 30, 2022 15:41 Asia/Baku
  • Rusiyanın bu raketi Amerikanı məhv edə bilər

Rusiyanın elə bir raketi var ki, Amerikanın bütün şəhərlərini məhv edə bilər.

SəhərAzəri-nin məlumatına əsasən, baxmayaraq ki, Qərb mənbələri Moskvanın silahlarının çoxunun Rusiya propaqandasında təbliğatında vurğulanandan qat-qat az imkanlara malik olduğunu iddia edir, lakin bu yaxınlarda təsdiqlənmiş məsələ onu deməyə əsas verir ki, Rusiyanın elə bir raketi var ki, böyük ehtimalla ABŞ-ın ona bənzər bir şey yaratmaq imkanı yoxdur. Rusiyanın ən böyük silah proqramı bir çox Amerika şəhərlərini məhv edə biləcək Bulava raketidir.

RSM-56 Bulava raketi bu gün dünyanın ən təsirli silahlarından biridir.

Bu nüvə silahlı raketlər onları buraxan Borei sinifli sualtı qayıqdan 5000 mil məsafədə uça bilir.

Bu məsafənin nə qədər böyük olduğunu başa düşmək üçün bilməlisiniz ki, bu raket, Braziliyanın cənub sahilindən buraxılsa belə, ABŞ-ın şərq sahilində istənilən yerə dəyə bilər. Həmçinin, bu raketin endirdiyi zərbə çox güclü və ağırdır.

Zərbə gücünə dair təxminlər fərqlidir, lakin onun 6 ilə 10 arasında müstəqil hədəflənmiş döyüş başlığı daşıyacağı düşünülür və hər döyüş başlığının 100-150 kiloton məhsuldarlığı var.

Teqlər