Almaniya ciddi elektrik çatışmazlığı ilə üzləşir
Almaniyanın maliyyə naziri vurğulayıb ki, bu ölkə ciddi elektrik çatışmazlığı problemilə üzləşir.
SəhərAzəri-nin məlumatına əsasən, Kristian Lindner bu böhranla mübarizə üzrə vasitə kimi atom elektrik stansiyalarının fəaliyyətinin davam etməsini istəyib.
Kristian Lindnerin bu istəyinin fonunda qeyd edək ki, enerji böhranı ilə mübarizə üçün Almaniyada atom elektrik stansiyalarının fəaliyyətinin davam etdirilməsi və ya dayandırılması məsələsi bu ölkənin siyasi meydanında ixtilaflı və mübahisəli məsələ kimi qalmaqda davam edir.
Ukrayna savaşından altı ayın keçməsi və Qərbin Rusiya enerjisini boykot etmək üzrə səyləri ilə Avropada enerjinin qiyməti kəskin tərzdə artıb və yaşıl qitədə elektrik enerjisinin qiyməti ən yüksək səviyyəyə çatıbdır.
Bir çox ekspert proqnoz edibdir ki, Avropa ölkələri sərt qış fəsli ilə üzləşəcəklər.