ABŞ konqresinin üzvü Ukraynaya yardımlara etiraz edib
Amerika konqresinin nümayəndələr palatasının bir üzvü bu ölkənin Ukraynaya olan maliyyə yardımlarının iri həcminə etiraz edib və belə deyib: Bayden bilməlidir ki, biz bankomat deyilik.
SəhərAzəri-nin məlumatına əsasən, ABŞ konqresinin nümayəndələr palatasının Kolorado ştatından olan respublikaçı üzvü Loren Bobert bir tvitt-də Co Bayden hökumətinin Ukraynaya daha çox hərbi yardımlara dair qərarını tənqid edib.
O, bu tvitt-də yazıb: Ukraynaya 13,7 milyard dollar daha çox kömək? Demokratların israfçılığı heç vaxt bitməyəcək. Bayden dərk etməlidir ki; biz, bankomat deyil, Amerikayıq.
Bir neçə gün bundan qabaq Birləşmiş Ştatlar prezidenti Co Bayden Ukraynaya üç milyard dollar civarında hərbi paketin ayrılmasından xəbər verdi və dedi ki; bu, Vaşinqtonun indiyədək olan ən böyük öhdəliyidir.
Baydenin sözlərinə görə; Yeni yardımlar, Kiyevə, yeni hava hücumundan müdafiə sistemləri, artilleriya və sursatlar, və PUA-ya qarşı zenit müdafiə sistemləri almaq imkanı verəcək.