Sen 22, 2022 17:09 Asia/Baku
  • ABŞ hərbçilərinin atəşləri iraqlı qız uşağının həyatına son qoyub

ABŞ hərbçilərinin atəşləri bir iraqlı qız uşağının həyatına son qoyub.

SəhərAzəri-nin məlumatına əsasən, hadisə Bağdad vilayətinin Əbu-Qureyb rayonunda amerikalı hərbçilərin təlim-məşq keçdikləri zaman baş verib və Zeynəb Əssam Macid Əlxəzəli açılan atəş nəticəsində həyatını itirib.

Sabirin Nyus kanalının yazdığına görə, Amerika hərbçiləri Bağdadın qərbində yerləşən Viktoriya bazasında bir atəşaçma təlim-məşqində ehtiyat etmədən atəş açmağa başlayıblar ki, bu arada Əlbuəlvan kəndində bu qız uşağı güllələrdən birinin hədəfinə tuş gəlib.

Sakinlər deyirlər ki, bu hərbi bazanın atış meydanının onların kəndlərinin yaxınlığında yerləşdiyinə görə, dəfələrlə müxtəlif orqanlara və orduya şikayət etsələr də bir nəticəyə almayıblar.

Onlar bildirirlər ki, atış meydanı yaşayış massivlərindən uzaqda olmalıdır.

Əhalinin dediyinə görə, bundan öncə də kənd sakinlərinə tərəf dörd dəfə atəş açılıbdır.

Mayın onunda da Ərbilin şimal-şərqindən qırx kilometr aralıda yerləşən Əlhərir bazasında yerləşən amerikalı qüvvələr yaşayış massivlərinə və şəxsi avtomobillərə tərəf atəş açıblar, amma bu zaman tələfat baş verməyibdir. O zaman da iddia olundu ki, amerikalılar hərbi təlim zamanı yanlış olaraq, yaşayış evlərinə tərəf atəş açıblar.

Teqlər