Britaniyanın polis bölmələrində 20-yə yaxın məhbus öldürülüb
Britaniya polis qüvvələrinin fəaliyyətinə nəzarət edən təşkilat bu ölkənin polis bölmələrində 20-yə yaxın məhbusun öldüyünü açıqlayıb.
SəhərAzəri-nin məlumatına əsasən, Britaniya polis qüvvələrinin fəaliyyətinə nəzarət edən qurum 2021-ci ildə 19 məhbusun ölkənin polis bölmələrində və ya polis bölmələrini tərk etdikdən sonra həyatını itirdiyini açıqlayıb.
Qurum daha əvvəl də bu ölkədə polisin fəaliyyəti ilə bağlı ciddi narahatlıqların olduğunu bildirmişdi.
Britaniyada cinayətlər və polisinin fəaliyyətinə qarşı tənqidlər elə bir halda artır ki, bu ölkənin polis qüvvələri korrupsiya və sosial pozuntularda ittiham olunur.
Daily Mirror qəzeti daha əvvəl xəbər vermişdi ki, iki minə yaxın Britaniya polisi son 4 ildə bu ölkə vətəndaşlarına qarşı cinsi təcavüzdə günahlandırılır, bura uşaqlara və qadınlara qarşı cinsi təcavüz kimi hallar da daxildir.