ABŞ-ın Ukraynaya silah göndərməsi davam edir
https://azeri.sahartv.ir/news/dünya-i393515-abŞ_ın_ukraynaya_silah_göndərməsi_davam_edir
Ukrayna prezidenti ABŞ-dan Rusiya qüvvələrinə qarşı irəliləməsinə imkan verən müasir hava hücumundan müdafiə sistemləri aldığını bildirib.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Sen 26, 2022 09:16 Asia/Baku
  • ABŞ-ın Ukraynaya silah göndərməsi davam edir

Ukrayna prezidenti ABŞ-dan Rusiya qüvvələrinə qarşı irəliləməsinə imkan verən müasir hava hücumundan müdafiə sistemləri aldığını bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, Qərb dövlətlərinin Ukraynaya silah göndərməklə müharibəni qızışdırmasının davamında, bu ölkə prezidenti Volodimir Zelenski bazar ertəsi deyib ki, ABŞ-dan "NASAMS" hava hücumundan müdafiə sistemləri alıb.

Zelenski Ukraynaya "HIMARS" artilleriya raket sistemləri və ABŞ-ın çoxsaylı raket buraxılış sistemlərinin göndərilməsi ilə bağlı deyib: "Göndərilənlər heç bir halda infrastrukturlarımızı əhatə etməyə kifayət etmir".

ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sullivan bazar günü "ABC News" telekanalına müsahibəsində müdaxiləçi bir açıqlamada deyib: "Əgər Moskva referendumu davam etdirsə, Vaşinqton Ukraynaya silah ötürməyə davam edəcək".

Konqresin on yeddi üzvü cümə günü bir məktubda ABŞ-ın müdafiə naziri Lloyd Austindən Ukraynaya Rusiya ordusuna qarşı istifadə olunacaq qabaqcıl pilotsuz təyyarələr verməsini istəyiblər.