«Yan» qasırğası Floridanı dağıdıb
ABŞ-ın Florida ştatının başçıları bildiriblər ki, «Yan» qasırğası Floridanı dağıtmaqdan əlavə, xeyli sayda tələfata səbəb olubdur.
SəhərAzəri-nin məlumatına əsasən, Yeni statistikalar bu qasırğanın geniş miqyasından söz açır. «Yan» qasırğası indiyədək onlarla nəfərin həyatına son qoyub.
Ölənlərin hazırkı sayının müvəqqəti olması və onun qarşıdakı günlərdə artması imkanından söz açan Florida ştatının başçıları deyiblər ki, həlak olanların əksər hissəsi qərq olubdur.
Təkcə «Li» şəhərində otuz beş ölü qeydə alınıb. NBC və CBS telekanalları kimi Amerika mediaları qasırğa ilə bağlı birbaşa və dolayısı surətdə yetmişdən çox ölüm halını qeydə alıblar.
Təsdiq edilmiş həlak olanların yarısını təşkil edən şəhər sakinlərindən 600 min nəfərdən çox insanın təxliyə edilməsi göstərişinin gec çatması barədə şənbə günü baş vermiş qalmaqal yüksəlibdir.
«Nyu-York Tayms» qəzeti bildirir ki, bu göstəriş çərşənbə axşamı günü səhər verilib, halbuki qonşu şəhərlər öz sakinlərindən şəhəri boşaltmalarını bazar ertəsi günü istəmişdilər.
Hiddətlənmiş sakinlərdən olan və Amerika rəsmilərini tənqid edən «Çip Farar» Frans-Press-ə deyib: Heç kəs bizə demir ki, nə edək? Heç kəs bizə demir ki, haraya gedək?
Bu qırx üç yaşlı kişi sonra söyləyib: Təxliyə göstərişi çox gec verildi. Amma orada olan şəxslərin əksər hissəsi hər halda oranı tərk etməzdilər. Bura, olduqca fəhlə məkanıdır. Əksər insanların getməyə yerləri yoxdur. Bu, ən böyük problemdir.
Mayamidə yerləşən milli qasırğa mərkəzinin bildirdiyinə görə, «Yan» qasırğası Floridanı dağıtdıqdan sonra Cənubi Karolinaya doğru hərəkət edib və cümə günü axşam «Corc Taun»un yaxınlığında birinci dərəcəli qasırğa kimi, saatda 140 kilometr sürətə malik küləklərlə daxil olubdur.