Avropa İttifaqının Rusiyaya qarşı sanksiyaları gücləndirilir
https://azeri.sahartv.ir/news/dünya-i393746-avropa_İttifaqının_rusiyaya_qarşı_sanksiyaları_gücləndirilir
Avropa İttifaqı Şurasının rəhbəri qərblilərin anti-Rusiya siyasətlərinə uyğun olaraq, Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi ilə bağlı bu birlik rəhbərlərinin qeyri-rəsmi toplantısının keçiriləcəyini açıqlayıb.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Okt 03, 2022 15:31 Asia/Baku
  • Avropa İttifaqının Rusiyaya qarşı sanksiyaları gücləndirilir

Avropa İttifaqı Şurasının rəhbəri qərblilərin anti-Rusiya siyasətlərinə uyğun olaraq, Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi ilə bağlı bu birlik rəhbərlərinin qeyri-rəsmi toplantısının keçiriləcəyini açıqlayıb.

SəhərAzəri-nin məlumatına əsasən, Avropa Şurasının rəhbəri Şarl Mişel Avropa İttifaqına üzv dövlətlərin başçılarına məktub göndərərək,, bildirib ki, Avropa İttifaqı  başçılarının qeyri-rəsmi görüşü (6 və 7 oktyabr) Ukraynaya hərbi və iqtisadi dəstəyin davam etdirilməsi və Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi mövzusunda keçiriləcək.

Mişel Avropa liderlərinə yazdığı məktubunda Ukrayna müharibəsinə son qoymağa çalışdığını iddia edərək, yazıb: "Rusiyaya təzyiqləri daha da artırmaq üçün məhdudlaşdırıcı tədbirlərimizi gücləndirməyə davam edəcəyik".