ABŞ iqtisadi tənəzzül astanasındadır
Allianz analitik qrupunun baş iqtisadi məsləhətçisi deyib: "Amerikanın iqtisadi liderlərinin çoxsaylı səhvləri bu ölkəni qaçılmaz tənəzzülə sürükləyib".
SəhərAzəri- "İRNA"nın məlumatına görə, Məhəmməd Əl-Riyan CBS telekanalına verdiyi müsahibədə ABŞ Federal Ehtiyat Sisteminin tarix kitablarına düşəcək daha bir səhvə yol verdiyini bəyan edərək, deyib: "Amerikanın iqtisadi liderləri mənalı şəkildə hərəkətsizdirlər".
Amerika Mərkəzi Bankının son aylarda inflyasiyanı cilovlamaq üçün atdığı addımlara baxmayaraq, Federal Ehtiyatlar Sistemi iqtisadiyyatın sürətinə nəzarət etməkdə və qiymət artımının yaratdığı təzyiqi azaltmaqda uğur qazana bilməyib.
ABŞ Əmək Nazirliyinin son statistikasına görə, bu ölkədə inflyasiya indeksi 1982-ci ildən bəri ən yüksək səviyyəyə çatıb. Görünən odur ki, bu məsələ demokratların və ABŞ prezidenti Co Baydenin xalqı razı salmaq üçün işini çətinləşdirib.