Lavrov: "Biz İslam ölkələri ilə əməkdaşlığın gücləndirilməsi üçün çalışırıq"
https://azeri.sahartv.ir/news/dünya-i394416-lavrov_biz_İslam_ölkələri_ilə_əməkdaşlığın_gücləndirilməsi_üçün_çalışırıq
"Biz İslam ölkələri ilə əməkdaşlığın gücləndirilməsi üçün çalışırıq"
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 25, 2022 07:59 Asia/Baku
  •  Lavrov:

"Biz İslam ölkələri ilə əməkdaşlığın gücləndirilməsi üçün çalışırıq"

SəhərAzəri-nin məlumatına əsasən, bu sözləri Rusiya Xarici İşlər naziri Sergey Lavrov İslam Əməkdaşlıq Təşkilatının baş katibi Hüseyn İbrahim Taha ilə görüşündə deyib.

Lavrov qeyd edib: "Rusiya və İslam sivilizasiyası ölkələri köhnə və etibarlı tərəfdaşlardır.  Sözügedən ölkələr təhlükəsizlik və sabitliyin təmini, iqtisadi məsələlərin həlli sahəsində əməkdaşlıq edirlər. Bizim məqsədimiz İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin ictimai-siyasi xarakterinə, mənəvi-əxlaqi dəyərlərinə hörmətlə yanaşaraq bütün sahələrdə əməkdaşlığı mümkün qədər gücləndirməkdir”.