Noy 07, 2022 15:25 Asia/Baku
  • Hollandiya polisi 200-dən çox nümayişçini həbs edib

Hollandiya mediası bu ölkə polisinin 200-dən çox iqlim fəalını həbs etdiyini bildirib.

SəhərAzəri- "FARS" xəbər agentliyinin məlumatına görə, Hollandiya hüquq-mühafizə orqanları, Amsterdamın Schiphol hava limanından bir neçə şəxsi təyyarənin qalxmasına mane olanlar da daxil olmaqla, 200-dən çox iqlim fəalını həbs edib.

Hollandiya hüquq-mühafizə orqanlarının məlumatına görə, həbslər ölkənin əsas hava limanında şənbə günü baş verən iqlim aksiyaları ilə əlaqədar edilib.

Hollandiya mətbuatının yazdığına görə, polisin sözçüsü deyib: "Onların hamısı cinayət törədiblər".

Zahirdə söz azadlığını, toplaşmaq və etiraz etmək hüququnu dəstəklədiyini iddia edən Hollandiya həmin iddia əsasında digər Qərb müttəfiqləri ilə birlikdə İrandakı iğtişaşları dəstəkləyib.

Məlumata görə, hazırda saxlanılan şəxslərlə bağlı proses davam etdirilir, onların gələcək taleyi Dövlət Prokurorluğu tərəfindən müəyyən ediləcək.

"Sputnik" xəbər agentliyinin məlumatına görə, şənbə günü Hollandiyada iqlim dəyişikliyi ilə mübarizəni dəstəkləyən hərəkatların yüzə yaxın iqlim fəalı Amsterdamın Schiphol hava limanına soxularaq, onların uçuşuna mane olmaq üçün şəxsi təyyarələrin təkərləri qarşısında uçuş-enmə zolağında oturublar.