Amerikanın Miçiqan ştatı qaranlığa qərq oldu
https://azeri.sahartv.ir/news/dünya-i394835-amerikanın_miçiqan_ştatı_qaranlığa_qərq_oldu
Fırtına ABŞ-ın Miçiqan ştatının böyük hissəsini qaranlığa qərq edib.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Noy 07, 2022 16:49 Asia/Baku
  • Amerikanın Miçiqan ştatı qaranlığa qərq oldu

Fırtına ABŞ-ın Miçiqan ştatının böyük hissəsini qaranlığa qərq edib.

"İRNA"nın məlumatına görə, ABŞ-ın Miçiqan ştatında güclü qasırğa 120 mindən çox abonentin elektrik şəbəkəsini kəsib.

Sürəti saatda 100 kilometrə çatan bu fırtına bazar günü axşam Miçiqan ştatının cənub-şərqini vurub.

Bəzi ərazilərdə fırtına o qədər güclü olub ki, elektrik dirəklərini aşırıb.

Miçiqan Ştatının Enerji Departamentinin rəsmiləri bu ərazilərdəki insanlara elektrik ötürücü xətlərə yaxınlaşmamaq üçün xəbərdarlıq ediblər.