Noy 08, 2022 21:46 Asia/Baku
  • Çindən

Çin prezidenti Si Cinpin ölkəsinin hərbi hazırlığını gücləndirərək, diqqətini istənilən müharibəyə hazırlaşmağa yönəldəcəyini bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, Cinpin ölkəsinin təhlükəsizliyinin getdikcə qeyri-sabit və qeyri-müəyyən hala gəldiyini, buna görə də əsas diqqəti müharibəyə hazırlaşmağa yönəldəcəklərini bildirib.

Ötən ay Cinpin daha sürətli hərbi inkişafa, texnologiyada "özünə inam və gücə" və xaricdə Çinin maraqlarının müdafiəsinə çağırıb.

Daily Mail-də çıxan xəbərdə Çin prezidentinin bu mesajının Tayvanı narahat edə biləcəyi vurğulanıb.

Dünyanın ikinci ən böyük iqtisadiyyatına və ordusuna sahib olan Çin, lazım gələrsə, Tayvanı güc yolu ilə ilhaq edəcəyi ilə bağlı dəfələrlə hədələyib.

Çin-Tayvan münaqişəsi:

Çində İkinci Dünya Müharibəsindən sonra Çan Kayşekin rəhbərlik etdiyi Çin Millətçi Partiyası (Koumintag) qüvvələri ilə Mao Zidonun rəhbərlik etdiyi Çin Kommunist Partiyası (ÇKP) qüvvələri arasında gedən vətəndaş müharibəsində qalib gələn kommunistlər 1949-cu il oktyabrın 1-də Çin Xalq Respublikasının qurulduğunu elan etdilər.

Vətəndaş müharibəsində uduzan Koumintag üzvləri isə Tayvanda məskunlaşaraq, 1912-ci ildə qurulan "Çin Respublikası"nın qüdrətinin adada davam etdiyini iddia edərək, orada müvəqqəti hökumət qurdular.

Çin Xalq Respublikasının öz ərazisinin bir hissəsi olduğunu iddia etdiyi Tayvan, 1949-cu ildən de-fakto müstəqillik əldə edib. Çin və Tayvan arasındakı ayrılıq hələ də davam edir.

Teqlər