Noy 15, 2022 06:58 Asia/Baku
  • Azərbaycan yenə də səsvermədə hazır olmadı

BMT Baş Assambleyası Rusiyanın Ukraynaya təzminat ödəməsi mexanizmi haqqında qətnamə qəbul edib.

SəhərAzəri-nin məlumatına əsasən, xüsusi sessiyanın iştirakçıları Rusiyanın Ukraynaya vurduğu zərərin beynəlxalq reyestrinin yaradılması, habelə itkilərin kompensasiyası mexanizminin yaradılmasının zəruriliyini etiraf edən qətnamə qəbul ediblər.

Qətnamənin lehinə 94 ölkə, əleyhinə 14 ölkə səs verib, 73 ölkə bitərəf qalıb.

Qeyd edək ki, Azərbaycan Respublikası və Ermənistan öz ənənələrinə sadiq qalıblar; Birincisi Rusiyanın qəzəbinə tuş gəlməmək üçün səsvermədə bütövlükdə iştirak etməyib, Ermənistan isə həm Qərbdən, həm də Rusiyadan ehtiyatlanaraq bitərəf qalıb.

Teqlər