Dek 09, 2022 18:49 Asia/Baku
  • Rusiyaya qarşı enerji savaşı siyasəti ağılsız hərəkətdir

Fransa parlamentində milli cəbhə fraksiyasının sədri Marin Le Pen Fransanın özünün/ yanacaq çatışmazlığına düçar olduğu bir halda, Rusiyaya qarşı enerji savaşı siyasəti yürütməsini ağılsız hərəkət adlandırıb.

Ukrayna müharibəsi, xüsusən enerji sahəsində Avropanın Rusiyaya qarşı sanksiyalar tətbiq etməklə ona reaksiya verməsi, Avropa Birliyinə üzv ölkələri misli görünməmiş inflyasiya kimi iqtisadi nəticələrin kənarında enerji böhranı ilə üzləşdiribdir.

Marin Le Pen deyib: Qarşıdakı günlərdə elektrik cərəyanının planlaşdırılmış şəkildə kəsilməsi, Fransa hökumətinin dardüşüncəli siyasətlərinin nəticəsidir.

Rusiya əleyhinə hazırkı sanksiyalar Fransanın özü üçün daha təhlükəli nəticələrə gətirib çıxaracaq- deyən Le Pen məsələni belə açıb: İyirmi birinci əsrdə yaşadığımız və dünyanın altıncı iqtisadiyyatına malik olduğumuz bir halda, dövlət rəsmiləri bizdən istəyirlər ki, daş dövrünə qayıdaq, elektrikə malik olmayaq və istilik mənbələrinin nəzərəçarpacaq dərəcədə azalması ilə yaşayaq.

Le Pen əlavə edib: Bütün bu olaylar Fransanın hazırkı hökumətinin dardüşüncəli olduğunu və lazımi səlahiyyətə malik olmadığını göstərir.

 

Teqlər