“Amerikanın dünya polisi olmağa haqqı yoxdur”
https://azeri.sahartv.ir/news/dünya-i395799-amerikanın_dünya_polisi_olmağa_haqqı_yoxdur
Pekin Vaşinqtondan Çinin daxili işlərinə qarışmamağı tələb edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 13, 2022 13:08 Asia/Baku
  • “Amerikanın dünya polisi olmağa haqqı yoxdur”

Pekin Vaşinqtondan Çinin daxili işlərinə qarışmamağı tələb edib.

SəhərAzəri-nin məlumatına əsasən, Çinin xarici işlər naziri Van İ ABŞ-ın digər ölkələrə qarşı sanksiyalar tətbiq etmək hüququna malik olmadığını və dünya polisi rolunu oynamaq üçün lazımi səlahiyyətə malik olmadığını bildirib.

Van İ həmçinin ABŞ-ı Çinin daxili işlərinə qarışmaq və bu ölkənin sabitliyini pozmaq üçün insan haqlarından istifadə etməyi dayandırmağa çağırıb.

Qeyd edək ki, ABŞ-ın Çindəki səfiri bu yaxınlarda bəyan edib ki, Vaşinqton Çinin Honq-Konq, Tibet və Sincanda Ümumdünya İnsan Haqları Bəyannaməsinə əməl etməməsindən dərin narahatdır.