Amerikanın militarizmi davam edir
Qərbin Ukraynanı hərtərəfli şəkildə himayə etməsinin davam etməsi və Rusiyaya qarşı təzyiqlərin şiddətlənməsilə Amerika Kiyevə daha bir milyard dollar hədiyyə edəcək.
SəhərAzəri-nin məlumatına əsasən, ABŞ prezidenti Co Bayden çərşənbə günü bildiribdir ki; Amerikanın dövlət katibinə Ukraynaya birbaşa təhlükəsizlik yardımı formasında bir milyard dollar ayırmaq ixtiyarı verirəm.
Baydenin Ukrayna prezidenti Vladimir Zelenskinin Amerikaya səfəri zamanı Ukraynaya “Patriot” raketlərinə şamil olan ümumilikdə iki milyard dollarlıq təhlükəsizlik yardımı ayıracağı gözlənilir.
Ukrayna savaşı özünün bütün siyasi, hərbi, iqtisadi, ictimai və hətta mədəni nəticələri ilə onuncu ayını keçirir və Qərb ölkələrinin Ukraynaya silah göndərmələri davam edir.
Amerika xüsusiyyət təşkil etməklə Qərb və Avropa ölkələri Rusiya Federasiyasına qarşı sanksiyaları kəskinləşdirmək, eləcə də Kiyevə müxtəlif tipli yüngül və ağır silahlar təqdim etməklə nəinki Ukrayna savaşına son qoymaq istiqamətində addım atmayıblar, əksinə bu ölkədə gedən döyüş alovunu daha da qızışdırıblar.
Rusiya dəfələrlə bildiribdir ki, Qərb silahlarının Ukraynaya göndərilməsi yalnız bu ölkədəki münaqişənin uzanmasına bais olur və bu da gözlənilməz nəticələrə gətirib çıxara bilər.