Yan 03, 2023 13:04 Asia/Baku
  • Fransız həkimlər tətil aksiyasını daha bir həftə uzadıblar

Bazar ertəsi Fransa həkimləri iş şəraitinin yaxşılaşdırılması və maaşların artırılması tələbi ilə davam edən tətil aksiyasını daha bir həftə uzadıblar.

"United Press" xəbər agentliyinin məlumatına görə, ölkənin bəzi yerli ümumi praktikantları yeddi gündür tətil ediblər. Onlar bazar ertəsi işə qayıtmalı idilər, lakin indi tətillərini bazar gününə qədər uzadıblar.

Məlumata əsasən, fransız həkimlər konsultasiya üçün tariflərin artırılması və iş şəraitinin yaxşılaşdırılmasını, xüsusən katibləri işə götürmək və həkim çatışmazlığı olan məhəllələrə tibb işçilərini cəlb etmək imkanını axtarırlar.

"Sabah üçün həkimlər" kimi tanınan bir qrup fransız həkim cümə axşamı Parisin mərkəzində Səhiyyə Nazirliyinə etiraz yürüşü planlaşdırılır.

Fransanın səhiyyə naziri Fransua Braun, ölkənin mövsümi qrip, Covid epidemiyası və tənəffüs yoluxucu bronxiolitin yaratdığı üçlü təhlükə ilə üzləşdiyi bir vaxtda tətilin xüsusilə arzuolunmaz olduğunu söyləyib.

Braun deyib: "Bu, pis dövrdür, biz bütün təhlükələrin həftəsini yaşayırıq".

O, keçən həftə bütün Fransa səhiyyə sisteminin tətil aksiyası ilə əlaqədar böyük təzyiq altında olduğunu söyləyib.

Bu elə bir haldadır ki, Fransalı həkimlər bronxiolit, qrip və COVID-19 hallarının artması ilə mübarizə apardıqları üçün xəstəxanalardakı sıxlıqdan gileylənirlər, Ümumi praktikant Florens Lapika deyib: "Epidemiya var, amma xroniki xəstələr də var. Bu gün artıq xəstələrimizi, istər körpə, istərsə də yaşlı, idarə etmək gücümüz yoxdur".

Keçən yay da Fransada tibb işçiləri maaşların artırılması və daha çox işçi qüvvəsi tələbi ilə, eləcə də hökumətin qəbul etdiyi səhiyyə siyasətlərinə etiraz olaraq, tətil aksiyası keçirdilər. 

Həmkarlar ittifaqları daha əvvəl Fransanın səhiyyə sisteminin böhranla üzləşdiyi barədə xəbərdarlıq etmişdilər və dövlət xəstəxanalarında və tibbi-sosial müəssisələrdə çalışan tibb işçiləri son üç ildə ölkədə həkim çatışmazlığına və onların üzləşdiyi çətin iş şəraitinə diqqəti cəlb etməyə çalışıblar.

Oxşar tətillər son aylarda yaşayış xərcləri böhranı fonunda Böyük Britaniya da daxil olmaqla digər Avropa ölkələrini də vurub.

Teqlər