Yan 03, 2023 20:17 Asia/Baku
  • Polyanski: Bəyanat Fransanın mövqeyinə görə qəbul edilmədi

BMT Təhlükəsizlik Şurasının Laçın dəhlizi ətrafında vəziyyətlə bağlı bəyanatı Fransanın mövqeyinə görə qəbul edilməyib. Bu barədə dekabrın 31-də Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski məlumat verib.

D.Polyanski Laçın dəhlizi ətrafında baş verən hadisələrlə bağlı BMT Təhlükəsizlik Şurasında (TŞ) müzakirəyə çıxarılan sənədin qəbul olunmamsı barədə özünün teleqram kanalında yazıb ki, “İrəvanın tələbi ilə bu proses Təhlükəsizlik Şurasının digər üzvlərinin düzəlişlərini nəzərə alaraq bizim təkliflərimizin böyük əksəriyyətinə məhəl qoymayan fransızlar tərəfindən koordinasiya edilib və Parisin bu cür üsullarının natəmizliyi göz qabağındadır”.

O, paylaşdığı açıqlamada Ermənistanın maraqlı tərəflərin geosiyası oyunlara çəkilməsinə imkan verilməyəcəyinə inanmaq istədiyini bildirib.

“Mən şəxsən həqiqətən inanmaq istəyirəm ki, bizim erməni dostlarımız SSRİ-də bir yerdə yaşamış qardaş xalqları hər hansı bəhanələrlə sıxışdırmaqdan çəkinməyənləri razı salmaq üçün özlərinin vicdansız geosiyasi oyunlarına cəlb olunmasına imkan verməyəcəklər” - deyə Dmitri Polyanski vurğulayıb.

Beləliklə də aydın olur ki, Rusiya Cənubi Qafqaz məsələlərində Qərb ölkələrinin hər hansı müdaxiləsinə imkan vermək niyyətində deyil. Rusiyanı bölgədən sıxışdırıb çıxarmaq istəyın Qərb təsir imkanlarını sürətlə itirir.

 

Teqlər