Parisdə polislə etirazçılar arasında şiddətli toqquşma olub
Fransa xalqının pensiya islahatı planlarına qarşı nümayişləri polislə şiddətli toqquşmalarla nəticələnib.
SəhərAzəri-nin məlumatına əsasən, Nümayişçilər zibil qutularını yandırıb, işıqforları sındırıb, polisə alışqan materiallar atıblar.
Bəzi məlumatlara görə, etirazçılar bəzi bankların şüşələrini sındırıb, bəzi bankomatları dağıdıblar.
Bu aksiya gənclərlə bağlı 11 təşkilatın və digər partiyaların çağırışı ilə keçirilib.
Gələn ay Fransa parlamentində pensiya islahatları planı ilə bağlı qızğın müzakirələr aparılacaq. Hansı ki, müxalifətdə olan partiyaların əksəriyyətinin etirazı ilə üzləşib.
Fransa həmkarlar ittifaqları Makron hökumətinin pensiya yaşını 62-dən 64-ə qaldırmaq, bəzi sənaye sahələrində pensiya müavinətlərinə son qoymaq və tam pensiya müavinətləri almaq üçün tələb olunan iş illərinin sayını artırmaq planlarına qarşı səfərbərliyə çağırıblar. Bu islahatların həyata keçirilməsi üçün onların Fransa parlamenti tərəfindən təsdiqlənməsi lazımdır.