Stoltenberq : Rusiya ilə qarşıdurma uzun sürəcək
https://azeri.sahartv.ir/news/dünya-i397473-stoltenberq_rusiya_ilə_qarşıdurma_uzun_sürəcək
NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, NATO Rusiya ilə uzun illər davam edə biləcək uzunmüddətli qarşıdurmaya hazırlaşmalıdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 18, 2023 04:04 Asia/Baku
  • Stoltenberq : Rusiya ilə qarşıdurma uzun sürəcək

NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, NATO Rusiya ilə uzun illər davam edə biləcək uzunmüddətli qarşıdurmaya hazırlaşmalıdır.

Bununla belə, o əlavə edib ki, mümkün qarşıdurmanın müddətini proqnozlaşdıra bilmir, çünki hər şey birdən dəyişə bilər.

Baş katibin sözlərinə görə, NATO həmişə daha yaxşı münasibətlər üçün yer olan vəziyyətə qayıtmaq üçün imkanların olduğu yerləri axtarır.

Rusiya hökuməti ABŞ və NATO-nun Ukraynadakı münaqişədə birbaşa iştirak etdiklərini bildirirlər.