Avropada təhlükəsizlik vəziyyəti pisləşib
Avropa rəsmiləri son bir neçə onilliklərlə müqayisədə qitədə təhlükəsizlik vəziyyətinin pisləşməsi ilə bağlı xəbərdarlıq ediblər.
SəhərAzəri-nin məlumatına əsasən, Röyters xəbər agentliyi öz hesabatında Rusiya ilə Qərb arasında qarşıdurmanın kəskinləşməsi ehtimalından xəbər verib və əlavə edib: "Avropada təhlükəsizlik vəziyyəti ən azı 1980-ci illərin əvvəlindən bəri ən təhlükəli həddə çatıb".
İsveç Hərbi Kəşfiyyat Xidməti bildirib ki, 2022-ci il fevralin 24-də Rusiyanın Ukraynada hərbi əməliyyatı başlayandan bəri Avropanın təhlükəsizliyi ən pis vəziyyətdədir.
İsveç Hərbi Kəşfiyyat Xidmətinin rəhbəri Lena Hallin Stokholmun uzun müddət sadiq qaldığı hərbi neytrallıq siyasətindən əl çəkməsindən və NATO-ya üzv olmaq üçün müraciətindən sonra İsveçin təhlükəsizliyinə qarşı risklərin artdığını iddia edib..
Bu elə bir haldadır ki, Türkiyə bu ölkənin NATO-ya üzv olmasına mane olur, çünki Ankara Stokholmu kürd fəalları dəstəkləməkdə ittiham edir.
Hallin daha sonra Rusiyadan gələn təhdidlərin artması ilə bağlı xəbərdarlıq edib və iddia edib ki, Moskva da Pekin kimi İsveçin siyasi və iqtisadi qərarlarına təsir etmək üçün kompleks hücumlar həyata keçirmək qabiliyyətinə malikdir.