Qərbin Rusiyanı təcrid etmək cəhdləri uğursuz olub
https://azeri.sahartv.ir/news/dünya-i397639-qərbin_rusiyanı_təcrid_etmək_cəhdləri_uğursuz_olub
Qərb dövlətlərinin Rusiyanı təcrid etmək cəhdləri böyük ölçüdə uğursuzluqla nəticələnib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 23, 2023 10:34 Asia/Baku
  • Qərbin Rusiyanı təcrid etmək cəhdləri uğursuz olub

Qərb dövlətlərinin Rusiyanı təcrid etmək cəhdləri böyük ölçüdə uğursuzluqla nəticələnib.

Bu barədə Vaşinqton Post yazır. Məqalədə Rusiyanın Ukraynadakı müharibədə gündəmə gətirdiyi məsələlərlə bağlı deyilir ki, “dünya birlikdən uzaqdır”.

Məqalə müəlliflərinin fikrincə, münaqişə qlobal parçalanmanın və ABŞ-ın sürətlə dəyişən dünya nizamına təsirinin sərhədlərinin olduğunu nümayiş etdirib.

Nəşr qeyd edir ki, Qərbin Rusiya prezidenti Vladimir Putini təcrid etmək cəhdlərinin uğursuzluğa düçar olduğuna dair kifayət qədər sübutlar var.