Avropa enerji böhranına görə 768 milyard avro zərər edib
Ukrayna müharibəsi nəticəsində Rusiyanın Avropaya enerji nəqliyyatında yaranmış problem və onun nəticəsində Avropada ortaya çıxan enerji böhranı, bu qitə üçün çox baha başa gəlib.
SəhərAzəri-nin məlumatına əsasən, 2021-ci ilin sentyabrında Avropada enerji böhranı başlayandan bəri Aİ ölkələri, Britaniya və Norveç hökumətləri bu böhranın əhaliyə və biznesə ağır təsirlərini aradan qaldırmaq üçün 768 milyard avrodan çox pul xərcləyib. Bu "Bruegel" analitik agentliyinin məlumatına əsasən verilib.
Biznes və əhalinin yaranmış enerji böhranından ağır zərbə almasını önləmək üçün ən çox vəsait Almaniya tərəfindən - 262 milyard avrodan çox, Britaniya tərəfindən - 103 milyard avro və İtaliya tərəfindən - 93 milyard avroya yaxın pul ayrılıb.
Enerji böhranının Avropa dövlətləri üçün ağır maliyyə yükünə səbəb olması ilə yanaşı Avropa insanları da bunun bədəlini ödəməli olublar belə ki, misal üçün alman ev təsərrüfatlarının elektrik enerjisinin qiyməti Aİ-də ən yüksək olaraq qalıb – 2022-ci ildə təxminən 4,2 milyon alman ev təsərrüfatının elektrik enerjisi haqqı orta hesabla 63,7%, 2021-ci illə müqayisədə isə qaz haqqı 3,6 milyon olaraq 62,3% artıb.