Mart 02, 2023 17:09 Asia/Baku
  • Ermənistan Beynəlxalq Ədalət Məhkəməsinin qərarından məmnun qalıb

Ermənistan parlamentinin spikeri Alen Simonyan BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinin qərarından sonra azərbaycanlı eko-fəalların Laçın dəhlizini bağlı saxlamaqda çətinlik çəkəcəklərini bildirib.

 SəhərAzəri-nin məlumatına əsasən, Simonyan deyib: “Birmənalı olaraq Haaqa məhkəməsinin qərarından bütün beynəlxalq instansiyalarda istifadə olunacaq və mən Azərbaycanın buna sevinəcəyini düşünmürəm”.

Rusiya Xarici işlər naziri Sergey Lavrovun Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı nikbin bəyanatına gəlincə erməni spiker bunları qeydv edib: “Biz uzun müddətdir ki, sülh müqaviləsi imzalamağa hazırıq və bu barədə dəfələrlə demişik. Amma Azərbaycanın daim irəli sürdüyü yeni təkliflər və sərhəddəki vəziyyət sülh müqaviləsinin tezliklə bağlanmasını problemə çevirir.

Simonyan sülh müqaviləsinin imzalanması istiqamətində rəsmi İrəvanın mümkün qədər tez hərəkət edəcəyini vurğulayıb.

 

Teqlər