Mart 08, 2023 18:33 Asia/Baku
  • Zəlzələnin iqtisadi balansı 100 milyardı keçəcək

Birləşmiş Millətlər Təşkilatı (BMT) Türkiyədə zəlzələlərin vurduğu zərərin 100 milyard dolları keçdiyini açıqlayıb.

BMT-nin İnkişaf Proqramının nümayəndəsi Luiza Vinton bildirib ki, fevralın 6-da baş verən zəlzələ nəticəsində bölgədə 2,7 milyon insan məcburi köçkün düşüb, 600 minə yaxın bina və ya iş yeri dağılıb.

O qeyd edib ki, bu günə qədər aparılan hesablamalara görə, hökumətin təqdim etdiyi və beynəlxalq tərəfdaşlar tərəfindən dəstəklənən zərərin məbləğinin 100 milyard dolları keçəcəyi təxmin edilir.

Fəlakətin ölçülərinin görünməmiş səviyyədə olduğunu bildirən Vinton sonra deyib: “İnsanların evləri, xəyalları, xatirələri, hər şeyi dağıntılar içində qaldı. Amma o qədər böyük bir fəlakət oldu ki, 100 milyon kubmetr dağıntı yarandı və bu, böyük məbləğdir”.

 

 

Teqlər