Peskov: Putinin həbs qərarının heç bir mahiyyəti yoxdur
-
Peskov: Putinin həbs qərarının heç bir mahiyyəti yoxdur
Kremlin sözçüsü Dmitri Peskov Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya prezidenti Vladimir Putinin həbsinə dair hökmünü qəddar, dəyərsiz, mahiyyətsiz adlandırıb.
SəhərAzəri-nin məlumatına əsasən, Kremlin sözçüsü Dmitri Peskov cümə günü bildirib ki, Beynəlxalq Cinayət Məhkəməsinin "qəddar və qəbuledilməz" hökmü ilə bağlı çoxlu suallar var və bir çox digər ölkələr kimi Rusiya da bu məhkəmənin yurisdiksiyasını tanımır.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova buna qəti cavab olaraq bildirib ki,: “Beynəlxalq Cinayət Məhkəməsinin mümkün həbs göstərişləri Rusiya üçün heç bir hüquqi əhəmiyyət kəsb etmir”.
Xatırladaq ki, cümə günü Beynəlxalq Cinayət Məhkəməsi prezident Vladimir Putin və Rusiyanın Uşaq Hüquqları üzrə Müvəkkili Mariya Lova Belovanın həbsinə order verib.
Bu qərar, BMT-nin maliyyələşdirdiyi araşdırmanın Rusiyanı Ukraynada geniş yayılmış hərbi cinayətlərdə, o cümlədən nəzarəti altında olan ərazilərdən uşaqların məcburi deportasiyasında ittiham etməsindən bir gün sonra verilib.