Mart 18, 2023 21:54 Asia/Baku
  • Ukrayna əsgərləri Qurani-Kərimi təhqir edib
    Ukrayna əsgərləri Qurani-Kərimi təhqir edib

Virtual səhifələrdə yayılan görüntülərdə, Ukrayna ordusunun bir neçə əsgərləri Qurani-Kərimin səhifələrini hörmətsizcə cırdıqları müşahidə edilib.

SəhərAzəri-nin məlumatına əsasən, Ukraynadakı münaqişə bölgələrindən sosial şəbəkələrdə yayılan videolara görə, bir sıra ukraynalı əsgərlər Qurani-Kərimin səhifələrini cıraraq yandırır.

Bu hadisəyə cavab olaraq Çeçenistan Muxtar Respublikasının prezidenti Ramzan Kadırov özünün Telegram kanalında yayımladığı videoda deyib: “Bu, sizin əsl faşizm və satanizm etiqadınızı göstərir. Yaxınlıqda heç olmasa bir çeçen və ya bir müsəlman olsaydı, Qurani-Kərimə toxunmağa necə cürət edəcəyinizi görərdim.

Kadırov əlavə edib: “Eyni hərəkət sizin ölkənizin millətinə, mədəniyyətinə və dininə qarşı edilsəydi, siz bu küfr əməlini etməyə cürət etməzdiniz”. Cinayətkarların tapılıb cəzalandırılması üçün səy və imkanımı əsirgəməyəcəyəm və Uca Allahdan mənə kömək olmasını diləyirəm”.

Misirdəki Əl-Əzhərin bir neçə alimi də bu hadisəyə reaksiya verib. Bununla bağlı Şeyx “Səid Əl-Fəqi” “Arti” kanalına bildirib ki, İslam Tövrat, İncil və Quran kimi müqəddəs kitabları təhqir etməyi qadağan edir.

Daha sonra o vurğulayıb ki, “Müqəddəs kitabları təhqir etmək, cırmaq beynəlxalq hüquqa ziddir. Ukrayna hökumətinin etməli olduğu ən az şey bu cinayətə görə dünyadakı bütün müsəlmanlardan üzr istəməsidir. Bu cür axmaq hərəkətlər din və din ardıcılları arasında fitnəyə səbəb olur.