Mart 25, 2023 16:32 Asia/Baku
  • Fransada etirazın nəzarətdən çıxdığı deyilir

Fransada pensiya islahatlarına qarşı etirazların nəzarətdən çıxdığı deyilir. Bir milyondan çox insan bu etirazlara qatılıb. Bəzi yerlərdə zorakılıq və polislə toqquşma baş verib.

SəhərAzəri-nin məlumatına əsasən, Fransanın Daxili İşlər Nazirliyi 1 milyondan çox insanın pensiya islahatlarına qarşı nümayiş keçirdiyini bildirib. Fransa polisi Parisdə və digər yerlərdə etirazçıları və anarxistləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. 

"Röyters"in məlumatına görə, əsasən dinc xarakter daşıyan ümummilli etirazların doqquzuncu günü qatar və hava nəqliyyatının hərəkətini dayandırıb.

Fransa Daxili İşlər Nazirliyi ölkə üzrə 1 milyon 89 min nəfərin etiraz aksiyası keçirdiyini bildirib ki, bu, yanvar ayında başlayan etirazlardan bəri rekord göstəricidir.

Müəllimlər də çoxlu sayda dövlət işçisi arasında işləməyi dayandırıblar.

Rəsmilər bu etirazların nəzarətdən çıxdığını deyirlər. 

Fransa Daxili İşlər Nazirliyi ölkə daxilində 149 polisin yaralandığını, 172 nəfərin həbs edildiyini bildirib. Həmçinin onlarla etirazçı da yaralanıb.

Parisdə kiçik qruplar gecə gec saatlara qədər şəhərin mərkəzində od yandıraraq, təhlükəsizlik qüvvələri və polislə toqquşmaya davam ediblər.

Polis Nant şəhəri də daxil olmaqla bir sıra şəhərlərdə etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib.

Həmkarlar ittifaqları hökumətin pensiya məhdudiyyətlərinə görə artan xalq qəzəbinə məhəl qoymadığı təqdirdə, etirazların daha şiddətli ola biləcəyindən qorxur.

Həmkarlar ittifaqları həftə sonu regional fəaliyyətə və martın 28-də yeni ümummilli tətil və etirazlara çağırıblar.

Fransada ümumi qəzəb elə bir haldadır ki, bu ölkə prezidenti Emmanuel Makron yeni siyasətlə bağlı həftələrlə davam edən səssizliyini pozub və qanunun ilin sonuna qədər qüvvəyə minəcəyinə təkid edib. O, etirazları 2021-ci il yanvarın 6-da ABŞ-ın Kapitoli binasına hücum ilə müqayisə edib.

Fransanın müstəqil media qurumlarından biri tvitində yazıb: "Parisdə müharibədir, post yazmağa vaxt yoxdur, özünüzdən muğayat olun". 

 

Teqlər