Pentaqon İsrail rejimindəki son hadisələrdən nigarandır
Amerika müdafiə nazirliyinin sözçüsü çərşənbə günü axşam Əlcəzirə informasiya kanalı ilə müsahibədə deyib ki, İsrail rejimindəki son hadisələrdən nigarandır və bu rejim başçılarını ixtilaflara son qoymağa və gərginliyi azaltmağa çağırır.
İbridilli medialar çərşənbə axşamı günü bildirdilər ki, sionist rejimin baş naziri Benyamin Netanyahunun məhkəmə islahatlarının qəbul edilməsi prosesinin dayandırıldığına dair sözlərinə rəğmən, ona qarşı çıxanlar küçə etirazlarını davam etdirirlər.
Sionist “I 24” kanalının məlumatına əsasən, işğal olunmuş ərazilərdəki etiraz hərəkatının rəhbərləri Netanyahunun bu geri oturması ilə kifayətlənməyib, küçələrdə mübarizənin davam etdirilməsinə və təslim olmamağa təkid edirlər. Onlar deyirlər ki, Netanyahunun layihənin qanunvericilik prosesini müvəqqəti şəkildə dayandırdığını bildirməsinə baxmayaraq, bu gerçək olmayacaq. Əksinə o, gələcəkdə daha geniş səs çoxluğu ilə özü və müttəfiqlərinin nəzərdə tutduqları qanuni yolu davam etdirməyə çalışacaq.
Sionist rejimin baş naziri bazar ertəsi günü bu rejimin məhkəmə sistemi barədəki öz qalmaqallı layihəsinin dayandırılmasından xəbər verib, dedi ki, məhkəmə sistemində dəyişikliklər layihəsini dayandırmaq və dialoqa fürsət vermək qərarına gəlib.
O, sonra iddia etdi ki, zorakılıqdan istifadə etməyə və vəziyyəti alovlandırmağa hazır olan cüzi sayda qrup mövcuddur; onlar hərbçilərin orduda iştirak etməmələrini istəyirlər- İsrail isə ordu olmadan möhkəm qalmayacaqdır.
Netanyahunun öz qalmaqallı layihəsinin qanunvericilik prosesinin davam etməsindən geri çəkilməsinin fonunda qeyd edək ki, sionist medialar onun koalisiyasının bu barədə həmfikir olmadığını bildirmişdilər.