Apr 14, 2023 21:32 Asia/Baku
  • Manhettendə “Qüdsə azadlıq!” nidası verilib

Müxtəlif dünya ölkələrinin xalqlarından yüzlərlə insan sonist rejim hərbçilərinin fələstinlilərə qarşı vəhşicəsinə rəftarları və hücumlarının şiddətlənməsi, həmçinin Məscidüləqsaya hörmətsizlik etmələrinə etiraz edib. Bu etiraz Nyu-York şəhərinin Manhetten məhəlləsinin mərkəzində yerləşən “Tayms-Skver” meydanında öncə toplantı, sonra isə yürüş formasında keçirilib.

SəhərAzəri-nin məlumatına əsasən, Burada- Nyu-Yorkun Manhetten məhəlləsinin mərkəzində yerləşən “Tayms-Skver”-də əhalinin müxtəlif təbəqələrindən olan bir qrup insan könüllü surətdə sionist rejimin məzlum Fələstin xalqına qarşı vəhcişəsinə rəftarı və cinayətlərinə etiraz olaraq aksiya keçiribdir ki, öz etiraz səsini amerikalı siyasətçilər və BMT rəsmiləri də daxil olmaqla dünya xalqlarına çatdırmış olsun.

Nyu-York şəhərinin ticarət və turizm mərkəzi olan “Tayms-Skver”-də müxtəlif ölkələrdən olan yüzlərlə insan bir səslə/ Fələsinin azad edilməsi və onun işğalına son qoyulmasını uca səslə tələb edibdir ki, bu da yoldan keçən bütün insanların diqqətini çəkibdir.

Mərasimin əvvəlində, bir neçə gənc Fələstinin azadlığının önəmi barədə çıxış edib. Sonra aksiya iştirakçıları Nyu-York polisinin müşayiəti və təhlükəsizlik tədbirləri altında yürüş keçiriblər.

Daxildən hər-mərcliyə düçar olmuş Benyamin Netanyahunun nazirlər kabinetinin işə başladığı zamandan bəri, sionistlərin işğal olunmuş ərazilərdəki zorakılıq, ifratçılıq və böhranyaratmaları şiddətlənibdir. Belə ki, sionistlərin bu yırtıcı hərəkətləri bütün dünyanı və insaflı siyasətçiləri dəhşətə gətiribdir. Amma sionist rejimin ən böyük himayədarı olan Amerika, nəinki bu cinayətləri pisləməyib,/ əksinə,/ müqavimət qüvvələrinin qanuni müdafiəsini/ terror hərəkəti adlandırıb və sionist rejimin müdafiə haqqını rəsmi şəkildə tanıdığını elan edibdir ki, sözügedən cinayətlərin davam etdirilməsinə yaşıl işıq göstərmiş olsun

 

Teqlər