Apr 20, 2023 16:31 Asia/Baku
  • Sudan prezident sarayı ətrafında şiddətli döyüşlər gedir

İyirmi dörd saatlıq ümumölkə atəşkəsinin icra mərhələsinə daxil olmasına rəğmən, Sudanın paytaxtı Xartum şəhərində yerləşən prezident sarayı və silahlı qüvvələrin baş komandanlığı ətrafındakı döyüşlər davam edir.

Döyüşlər, Əbdülfəttah Əl-Burhanın komandanlığı altında olan Sudan ordusu ilə «Həmidəti» ləqəbli Məhəmməd Həmdan Daqlunun komandanlıq etdiyi sürətli reaksiya qüvvələri arasında beşinci gündür ki, cərəyan edir.

Bu şiddətli döyüşlərlə bir vaxtda, Sudan ordusu digər əyalətlərdən Xartuma daha çox hərbi texnika gətirib və sürətli reaksiya qüvvələrinin mövqelərinə hücum etmək üçün yenidən qırıcılardan istifadə edibdir.

Ümumdünya Səhiyyə Təşkilatı, Sudanda vətəndaş müharibəsi başlayandan bəri üç yüz nəfərin öldüyü və iki min altı yüzdən çox nəfərin isə yaralandığını bildirib.

 

Teqlər