Almaniyada tətillər dəmir yolu şəbəkəsini və dörd hava limanı xidmətlərini iflic edib
Almaniyada dəmir yolu sektoru işçilərinin maaşları ilə bağlı tətili, cümə günü səhər saatlarında bu ölkənin “Deutsche Bahn” kimi nifuzlu dövlət dəmir yolu şirkətinin xidmətlərini dayandırıb.
SəhərAzəri-nin məlumatına görə, bu, Avropanın ən böyük iqtisadiyyatında maaşlarla bağlı baş verən ən son tətillərdir və bu, ölkənin dəmir yolu şəbəkəsi xidmətlərinin dayandırılmasına səbəb olub.
Ötən ildən Almaniya Ukrayna müharibəsinin enerji və qida qiymətlərinə təsiri nəticəsində son onilliklərin ən dağıdıcı tətillərini yaşadı və bu, həmkarlar ittifaqlarının yaşayış minumumuna uyğun olaraq maaşların artırılması üçün təzyiq yaranmasına səbəb oldu.
Dəmir Yolları və Nəqliyyatı Birliyi (EVG) yerli vaxtla saat 15:00-dan 23:00-a qədər davam edən bu tətilləri keçirdi, bununla belə ki, geniş miqyasda fasilələrin gün ərzində davam edəcəyi gözlənilir.
Xatırladaq ki, 230 min işçinin adından danışıqlar aparan həmkarlar ittifaqı əmək haqqının 12 faiz artırılmasını və ayda ən azı 650 avro daha ödənilməsini tələb edir. Lakin, Deutsche Bahn 5% artım və birdəfəlik 2500 avro artım təklif edib.
Almaniyada baş vermiş yüksək inflyasiya, koronavirus pandemiyasından sonra çətin şərtlərlə üzləşən aviasiya sektorunda da əmək problemlərini kəskinləşdirib.
Nəqliyyat sektoru işçilərinin aksiyası, həmçinin Düsseldorf, Hamburq, Köln və Ştutqart da daxil olmaqla Almaniyanın dörd hava limanının işçilərinin tətili ilə üst-üstə düşüb. Tətillər nəticəsində 700-ə yaxın aviareys ləğv edilib.