Lavrov ABŞ-ın rusiyalı jurnalistlərə viza verməkdən imtina etməsini tənqid edib
https://azeri.sahartv.ir/news/dünya-i399403-lavrov_abŞ_ın_rusiyalı_jurnalistlərə_viza_verməkdən_imtina_etməsini_tənqid_edib
Rusiya xarici işlər naziri verdiyi açıqlamada rusiyalı jurnalistlərə viza verməkdən imtina etdiyinə görə, ABŞ-ı tənqid edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 24, 2023 14:56 Asia/Baku
  • Lavrov ABŞ-ın rusiyalı jurnalistlərə viza verməkdən imtina etməsini tənqid edib

Rusiya xarici işlər naziri verdiyi açıqlamada rusiyalı jurnalistlərə viza verməkdən imtina etdiyinə görə, ABŞ-ı tənqid edib.

Rusiya xarici işlər naziri Sergey Lavrov BMT Təhlükəsizlik Şurasının iclaslarında iştirak etmək üçün Nyu-Yorka səfərdə Rusiya nümayəndə heyətinin tərkibində olan rusiyalı jurnalistlərə ABŞ vizasının verilməməsini xoşagəlməz davranışı adlandırıb və bildirib ki, Vaşinqton beynəlxalq qanunlara zidd olan bu addımı ata bilməz. 

Rusiya 2023-cü il aprelin birindən BMT Təhlükəsizlik Şurasına sədrlik etməyə başlayıb. 

Sergey Lavrov bu gün Nyu-Yorka daxil olub. Sabah onun sədrliyi ilə BMT TŞ-nin sessiyası keçiriləcək.