Rusiya Britaniyanın Ukraynaya zəiflədilmiş uranlı silahlar göndərmək planlarını tənqid edib
https://azeri.sahartv.ir/news/dünya-i399440-rusiya_britaniyanın_ukraynaya_zəiflədilmiş_uranlı_silahlar_göndərmək_planlarını_tənqid_edib
Rusiya Britaniyanı Ukraynaya tərkibində zəiflədilmiş uran olan mərmilər göndərmək planına görə tənqid edib və bildirib ki, Qərbin bu hərəkəti Ukraynanı radioaktiv materiallar zibilliyinə çevirəcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 26, 2023 15:13 Asia/Baku
  • Rusiya Britaniyanın Ukraynaya zəiflədilmiş uranlı silahlar göndərmək planlarını tənqid edib

Rusiya Britaniyanı Ukraynaya tərkibində zəiflədilmiş uran olan mərmilər göndərmək planına görə tənqid edib və bildirib ki, Qərbin bu hərəkəti Ukraynanı radioaktiv materiallar zibilliyinə çevirəcək.

SəhərAzəri-nin məlumatına görə, Rusiyanın Böyük Britaniyadakı səfirliyi bir bəyanatda yazıb: "Böyük Britaniya tərəfindən tərkibində tükənmiş uran olan sursatların tədarükü bir növ "tam miqyaslı zorakılıq"dır".

Bundan əvvəl Böyük Britaniyanın Müdafiə Nazirliyi radioaktiv sursatların Ukraynaya göndərilməsinə icazə verib.

Rusiya səfirliyinin bəyanatında deyilir: "Böyük Britaniyanın müdafiə nazirinin müavini Ceyms Hippinin açıqlamaları anqlo-saksonların onlar tərəfindən Ukraynada başladılan proksi müharibənin hərtərəfli genişlənməsinə qarşı amansız təbəssümünü nümayiş etdirir".