Texasda atəş açan şübhəli barədə məlumat üçün 80 min dollar mükafat təklif edilib
Texasda son ölümcül silahlı insidentdə atəş açan şəxsi tutmaqda nakam qalan ABŞ polisi onun tutulmasına səbəb olan məlumat üçün 80.000 dollar məbləğində mükafat təklif edib.
ABŞ-ın Texas ştatının Klivlend şəhərində 8 yaşlı uşaq da daxil olmaqla beş nəfərin ölümü ilə nəticələnən silahlı hücum fonunda ABŞ polisi silahlı və təhlükəli hesab edilən şübhəlinin axtarışında "sıfır imkan" olduğunu etiraf edib.
Səlahiyyətlilər silahlı şəxsin tutulmasına səbəb olan məlumat üçün 80.000 dollar məbləğində mükafat təklif ediblər.
FTB şənbə günü bildirib ki, Texas ştatının Klivlend şəhərində yerləşən bir evdə silahlı bir kişi qonşularına atəş açıb.
Şübhəlinin kimliyinin polis tərəfindən 38 yaşlı Fransisco Oropesa olduğu müəyyən edilib.
Polis, dəhşətli atışmada istifadə edildiyinə inandıqları AR-15 tipli tüfəngi tapdıqlarını, lakin onun başqa silahlarının ola biləcəyini söyləyib.
AR-15 tipli silah elə bir halda beş nəfərin həyatına son qoyub ki, son illərdə bu yarı avtomatik silah ABŞ-da dəfələrlə xəbərlərdə yer alıb, çünki demokratlar dəfələrlə bu silahın satışına qadağa qoyulmasını tələb etsələr də, respublikaçılar silah gəzdirmək azadlığına dair Amerika Konstitusiyasının ikinci düzəlişini əsas gətirərək, bu hərəkətə qarşı çıxıblar.