May 09, 2023 16:54 Asia/Baku
  • “Hər şey razılaşdırılmayana qədər heç nə razılaşdırılmır”

Ermənistan və Azərbaycan bəzi məsələlərdə irəliləyiş əldə edib, lakin fundamental məsələlərdə deyil. Bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.

SəhərAzəri-nin məlumatına görə, Qriqoryan ABŞ da gedən XİN başçılarının 4 günlük müzakirələrinin heç bir əhəmiyyət kəsb etmədiyinə eyham vuraraq deyib: "Danışıqlarda məlum prinsip var - hər şey razılaşdırılmayana qədər heç nə razılaşdırılmır. Bu danışıqlara da belə yanaşmaq lazımdır. Bir daha qeyd etmək lazımdır ki, danışıqlar gedir", - Qriqoryan bildirib.

Ermənistan rəsmisi “Müzakirə sadəcə müzakirə üçün” prinsipi ilə davam edən danışıqların bundan sonra da davam edəcəyini deyib:

“ Brüsseldə, ondan sonra Kişinyovda sammitin keçirilməsi planlaşdırılır. Paşinyan və Əliyev görüşünə Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolts da qatılacaq. Gəlin, yanaşmaların maksimum yaxınlaşması istiqamətini işləyək və irəli gedək. Gələcək sazişin dəqiq harada imzalanacağı - Moskvada, yoxsa Qərbdə, hələ ki, qərar verilməyib. Bu, irəliləyiş əldə oluna bilən yerdə ediləcək",- Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.

 

 

Teqlər