“Hər hansı bir üstünlük ideologiyası ölümcüldür”
Rusiya sülh, azad və sabit gələcək görmək istəyir və istənilən üstünlük ideologiyası ölümcüldür. Bu sözləri Rusiya prezidenti Vladimir Putin Moskvadakı Qızıl Meydanda faşizm üzərində Qələbənin 78-ci ildönümünə həsr olunmuş paradda deyib.
"Planetdəki insanların böyük əksəriyyəti kimi biz də sülh, azadlıq və sabitlik gələcəyini görmək istəyirik", - deyə Putin Qələbə Paradında bildirib.
O qeyd edib ki, “hər hansı bir üstünlük ideologiyası mahiyyətcə iyrənc, cinayətkar və ölümcüldür”.
Rusiya Federasiyasının Prezidenti Ukrayna müharibəsi ilə bağlı əvvəlki mövqeyini yenidən təkrar edib:
"Rusiyaya qarşı yenidən müharibə başladı, lakin ölkə beynəlxalq terrorizmi dəf edib, Donbas sakinlərini qoruyacaq və öz təhlükəsizliyini təmin edəcək", - deyə Putin bildirib.
Rusiya lideri onu da qeyd edib ki, Rusiya üçün “nə Qərbdə, nə də Şərqdə” qeyri-dost və düşmən xalqlar yoxdur. O, bəyan edib ki, bir sıra ölkələr istənilən suveren inkişaf mərkəzlərini boğmaq istəyirlər:
“Onların məqsədi və burada yeni heç nə yoxdur, ölkəmizin parçalanmasına və məhvinə nail olmaq, İkinci Dünya Müharibəsinin nəticələrinin üstündən xətt çəkmək, nəhayət, qlobal təhlükəsizlik və beynəlxalq hüquq sistemini sındırmaq, istənilən suveren inkişaf mərkəzlərini boğmaqdır",- Putin belə deyib.
Rusiya Federasiyasının Prezidenti qeyd edib ki, ümumi təhlükə illərində həmrəylik və tərəfdaşlıq təcrübəsi əvəzsiz miras və daha ədalətli, çoxqütblü dünyaya doğru hərəkatın gücləndiyi bir vaxtda güclü dəstəkdir.
Xatırladaq ki,bu gün Moskvanın Qızıl Meydanında 1941-1945-ci illər ikinci dünya müharibəsinə Qələbənin 78-ci ildönümü münasibəti ilə hərbi parad keçirilib.
Mərasimdə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və bu ölkənin siyasi və hərbi rəhbərlərindən əlavə Belarus, Qırğızıstan, Tacikistan, Özbəkistan, Türkmənistan, Ermənistan və Qazaxıstan liderləri də iştirak ediblər.