BMT TŞ-nin Suriya haqdakı siyasi və nəticəsiz iclasları tənqid edilib
BMT Təhlükəsizlik Şurasının Suriyada kimyəvi silahdan istifadəyə dair qədim iş barədəki yığıncağında Rusiya nümayəndəsi bu iclası əbəs və Suriya hökumətinə hücum üçün Qərb ölkələrinə fürsətin verilməsi kimi dəyərləndirib.
SəhərAzəri-nin məlumatına görə, BMT Təhlükəsizlik Şurası Suriyada kimyəvi silahdan istifadəyə dair qədim işi araşdırmaq üçün açıq iclas keçirib.
İclasda Rusiyanın BMT-dəki nümayəndəsinin müavini deyib:
Dmitri: Bu şou Təhlükəsizlik Şurasının etibarını təsir altına alır. Qərb Dəməşqi həmkarlıq etməməkdə ittiham etməklə Suriya kimyəvi işinin irəliləməsinə dair əsassız bir çıxış təqdim edir. Bizim bu şuradakı qərbli həmkarlarımız öz xeyirlərinə olarkən kar və lal kimi davranırlar. İndi də kimyəvi silahların yayılmaması təşkilatı Qərbin əlində müti bir vasitəyə çevrilibdir.
X- iclasda BMT baş katibinin tərkisilah məsələləri üzrə ali nümayəndəsi İzomi Nakamitso ABŞ və İngiltərə ilə eyni mövqedən çıxış/ və ötən illərdə Suriyada kimyəvi hücum iddiası haqda Suriya hökumətilə danışıqların səmərəsiz olduğunu iddia edib. Suriya nümayəndəsi bu iddianı rədd və Suriya hökumətinin həmin illərdə kimyəvi silahların yayılmaması təşkilatı ilə geniş və intensiv əməkdaşlıqları haqda məlumat təqdim edib.
İran İslam Respublikasının daimi nümayəndəsi də vurğulayıbdır ki, Suriyada kimyəvi silahlar işi barədə istənilən araşdırma tərəfsizcəsinə, peşəkar, mötəbər və beynəlxalq qanunlara uyğun olmalıdır.
BMT Təhlükəsizlik Şurası Suriyada kimyəvi silahdan istifadəyə dair qədim iş haqda/ bu məsələ barədə heç bir dəyişiklik baş vermədən/ müntəzəm və aylıq formada iclas keçirir. Bu təkrar iclasların keçirilməsi sırf olaraq, siyasi yanaşmaya malikdir və heç bir vəchlə konstruktiv deyildir- deyə, İran İslam Respublikasının məsələ ilə bağlı mövqeyi vurğulanıb.