May 14, 2023 18:17 Asia/Baku
  • Fransada polis qüvvələri zəncirvari surətdə istefa verirlər

Son aylar Fransada polis qüvvələrinin istefası bir neçə dəfər artıb və ötən dörd il ərzində otuz faiz çoxalıbdır.

SəhərAzəri-nin məlumatına görə, Fransa polis qüvvələri bu peşənin çətinliyinə, olduqca aşağı əmək haqqına və polisin zəif və pis olması barədə cəmiyyətdə mövcud olan ümumi təsvirə görə, öz iş yerlərini bələdiyyə idarələrinə dəyişirlər. Polis qüvvələrinin bu mövqe dəyişmələri son zamanlar Fransa daxili işlər nazirlliyi üçün ciddi problemə çevrilibdir.

Fransada altı minə yaxın polis qüvvəsi 2022-ci ildə öz fəaliyyət yerini tərk edibdir ki, bu miqdar 2021-ci ilə nisbətən ikiqat artıma malik olubdur.

Fransa məhkəmə polisində də durum da elə bu cürdür. Bu ölkənin məhkəmə polisinin hər beş nəfərindən biri təhdidlə bildiribdir ki, çoxlarının əleyhinə çıxdığı islahatların davam edəcəyi təqdirdə, istefa verib, öz iş yerini tərk edəcək.