Rusiya Kiyev və Xarkov şəhərlərinə hava zərbələri endirib
Ukrayna rəsmiləri və media mənbələri Kiyev və Xarkov şəhərlərinin Rusiyanın hava hücumlarına məruz qaldığını bildiriblər.
SəhərAzəri-nin məlumatına əsasən, "İRNA"nın məlumatına görə, Xarkov vilayətinin Balaklia şəhəri Rusiya artilleriyası tərəfindən hədəfə alınıb ki, nəticədə 1 mülki şəxs həlak olub, 9 nəfər yaralanıb.
Bəzi mənbələr isə Rusiyanın Xarkov şəhərini S-300 raketləri ilə hədəf aldığını bildiriblər.
Digər tərəfdən, Ukrayna hərbi mənbələri bu ölkənin paytaxtı Kiyevin də Rusiyanın hava hücumuna məruz qaldığını, Ukrayna hava hücumundan müdafiə sistemlərinin isə bu hücumlara cavab verdiyini bildiriblər.
Münaqişə elə bir halda şiddətlənir ki, bazar ertəsi səhər Rusiya Müdafiə Nazirliyinin Donetsk vilayətində Ukrayna ordusunun böyük hücumunu zərərsizləşdirdiyini açıqlayıb.
Ukraynada müharibə 16-cı ayını arxada qoyur və Qərbin Ukraynaya silah tədarükü hələ də davam edir.