İyun 30, 2023 16:33 Asia/Baku
  • “Quranın yandırılması qanunsuz deyil!”

NATO-nun baş katibi Yens Stoltenberq İsveçdəki vandal hərəkəti müdafiə edib.

Stoltenberq deyib: “Təhqiredici və qınaq obyekti olan bu hərəkətlər suveren hüquq sistemində qanuna zidd deyil”.

O həmçinin Quranın yandırılması aksiyasını ifadə azadlığı adlandırıb.Beləliklə Qərbin hərbi alyansının rəhbəri anti-İslam hərəkətlərinə bəraət qazandırmağa çalışıb. Bu isə o deməkdir ki, Qərbin siyasi və hərbi rəhbərləri müsəlmanların hissiyatı ilə oynayan vandalizmin arxasındadırlar.