Fransadakı iğtişaş dalğası daha da genişləndi Yelisey sarayında fövqəladə iclas keçirildi
Fransada ardıcıl olaraq üçüncü etiraz gecəsində polis qüvvələri etirazçıların zorla qarşısını alması nəticəsində azı 667 nəfərin həbs edildiyi qeyd edilib.
Məlumata görə, dünən gecə Fransada 17 yaşlı yeniyetmənin polis tərəfindən öldürülməsinə qarşı artıq ardıcıl olaraq üçüncü gecədir ki, kütləvi etiraz aksiyaları keçirilir.
Bu kütləvi etirazlarda onlarla insan yaralanmış və yerli mənbələrin dediyinə görə, ölkə polisi ən azı 667 nəfəri həbs etmişdir.
Həmçinin Fransa polisi bəyanat yayaraq ötən axşam baş verən qarşıdurmalarda 249 polisin yaralandığını açıqlayıb.
Xəbər mənbələri bu haqda bildiriblər ki, etirazlardan sonra Emmanuel Makron baş vermiş son iğtişaşlara görə cümə günü Yelisey sarayında ölkə rəsmilərinin iştirakı ilə fövqəladə iclas keçirməyi planlaşdırır.
Qeyd edək ki, bu etirazlar iyunun 27-də Nant şəhərində 17 yaşlı Mercedes Benz sürücüsünün polis tərəfindən öldürülməsinə qarşı olaraq başlayıb. Bu hadisədən sonra ictimai etirazlar Tuluza, Lion, Marsel və Strasburq kimi böyük şəhərlərə də yayılıb.
Etirazlarda onlarla polis maşınlarının, müəssisə və inzibati binaların yandırıldığı, bəzi təhsil ocaqlarına da ziyan dəydiyi açıqlanıb.
Reuters xəbər agentliyi də bu ölkədə fransız xalqının polisə qarşı etirazlarının miqyasının getdikcə geniş miqyas aldığından xəbər verərək qeyd edib ki, “Fransa prezidenti Emmanuel Makronun polisin ölümlə nəticələnən hərəkətlərindən sonra baş vermiş iğtişaşları cilovlamağa çalışdığı bir vaxtda, ölkənin böyük şəhərlərindəki etirazların miqyası genişlənərək artıq üçüncü gecəyəsini keçirir.
Bununla əlaqədar, hər hansı etirazlara qarşı bütün Fransada 40 min polisin cəlb edildiyi bildirilir.
Fransanın bəzi şəhərlərində isə, etirazlar o həddə çatıb ki, artıq bu şəhərlərdə komendant saatı da tətbiq edilib.
Böyük Paris bölgəsinin meri Valeri Pakers də avtobus və tramvay xidmətlərinin saat 21:00-da dayanacağını bildirib. Lakin bunlara baxmayaraq Fransa polisi cümə axşamı gecəsi Marsel, Lion, Pau və Tuluza şəhərlərində yanğınların olduğu xəbərini vermişdir. Fransanın ikinci böyük şəhəri Marseldə isə, polis gənc etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə etdiyi də xəbərlər sırasında qeyd edilib.
Fransanın daxili işlər naziri Jerald Darmanen isə, cümə axşamı etirazçılara qarşı mövqeyində deyib ki, "Hökumət son dərəcə sərt addım atmalıdır. 17 yaşlı yeniyetmənin günorta saatlarında Fransa polisi tərəfindən öldürülməsi və bu zəminədə yalan məlumatın yayılması ardından "Fransız polisinin amerikanlaşması" kimi qələmə verilən bu hadisə jandarm qüvvələrinin daha da sətləşməsinə və fransız vətəndaşlarının isə, qəzəb atəşilə intiqam almaq kimi faciəvi bir hadisənin yaşanmasına səbəb oldu.