İyul 01, 2023 16:55 Asia/Baku
  • “Bu cür hərəkətlər ekstremist təzahürlər üçün ilkin şərtlər yaradır”

Rusiya Dövlət Duması dünən keçirilən plenar iclasında Quranın yandırılmasına icazə verən İsveç hakimiyyətinin hərəkətlərini pisləyən bəyanat qəbul edib.

Bəyanatda bildirilir ki, rusiyalı deputatlar İsveç hakimiyyətinin təsdiqlədiyi növbəti vandalizm aktını qətiyyətlə pisləyir.

"Biz onları müsəlmanların hüquqlarının pozulmasının və dini hisslərinin təhqir olunmasının qarşısını almaq üçün tədbirlər görməyə çağırırıq. Bu cür hərəkətlər ekstremist təzahürlər üçün ilkin şərtlər yaradır, BMT Nizamnaməsinin məqsəd və prinsiplərini kobud şəkildə pozur”, - deyə bəyanatda vurğulanıb.

 

Teqlər