İyul 01, 2023 17:59 Asia/Baku
  • Fransada etirazları yatırmaq üçün 45 min polis cəlb edilib

Fransa dövləti 17 yaşlı yeniyetmənin öldürülməsinə etiraz edən etirazçıları yatırmaq üçün on minlərlə polis qüvvələri yerləşdirib.

Fransa cümə günü 17 yaşlı gəncin polis tərəfindən öldürülməsinin ardından baş verən iğtişaşların dördüncü gecəsində etirazları yatırmaq üçün 45 min polis göndərib.

Fransa mətbuatının Marsel şəhərindən verdiyi xəbərlərə görə, bir neçə etirazçı bu şəhərdəki birja mərkəzi binasına hücum etmişlər. Nəticədə polisin bu şəhərdə onlarla etirazçını həbs etdiyi də bildirilir.

Marsel şəhərindən etirazçılar tərəfindən bankomatların oğurlanmasını əks etdirən videolar da yayımlanıb.

Qeyd edək ki, Fransada Parisin qərbində yerləşən Nanter bölgəsində yol qəzası zamanı 17 yaşlı yeniyetmənin bu ölkənin polisi tərəfindən güllələnməsinə etiraz olaraq keçirilən nümayişlər bazar ertəsi gecə başlamış və artıq dördüncü gecədir ki, davam edir.

Xatırladaq ki, çərşənbə axşamı səhər saatlarında yol qəzasında polis əməkdaşı əlcəzairəsilli 17 yaşlı Nahel adlı oğlanı güllələyərək öldürüb.