Rusiya Xarici İşlər Nazirliyi bəyanat yaydı:
Moskvaya dron hücumu beynəlxalq terrorizm aktıdır
İyul 24, 2023 12:27 Asia/Baku
Ötən gecə Moskvaya dron hücumu olub. Yayımlanan videolarda paytaxtın müxtəlif yerlərində partlayışların fəsadları görünür.
Şəhər daxilindəki hərbi hissənin dron hücumuna məruz qaldığı bildirilir.
Hadisə Rusiya Müdafiə Nazirliyinin binasının yaxınlığında baş verib.
Hücumda ölən və ya yaralananların olmadığı açıqlanıb.
Xatırladaq ki, mayın 30-da da səhər saatlarında Moskva və Moskva vilayətinə pilotsuz təyyarə hücumu olub. Hücum Ukrayna tərəfindən təşkil edilib, Rusiya Federasiyasına səkkiz təyyarə tipli dron göndərilib.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Moskvaya PUA hücumunu beynəlxalq terrorizm aktı kimi xarakterizə edib.