Hayfada işğalçı İsrailin hərbi sənaye zavodu yaxınlığında partlayış baş verib
İyul 24, 2023 17:46 Asia/Baku
Sionist mediası Hayfa şəhərində sionist rejimin “Rafael” hərbi sənaye fabriki yaxınlığında güclü partlayışın baş verdiyi barədə məlumat yayıb.
Veilən xəbərlərə görə işğal olunmuş ərazilərin şimalında Hayfa şəhərində “Rafael” hərbi sənaye zavodu yaxınlığındakı Kiryat bölgəsində güclü partlayış baş verib.
"Rafael" şirkəti açıqlamasında partlayışın əvvəlcədən planlaşdırılan hərbi sınaq nəticəsində baş verdiyini iddia edib.
Qeyd edək ki, "Rafael" sionist rejiminin ən məşhur şirkətlərindən biridir və bütün növ raketlər də daxil olmaqla qabaqcıl döyüş texnikasının istehsalına diqqət yetirir.