İyul 25, 2023 15:56 Asia/Baku
  • Netanyahunun əleyhdarları ilə sionist rejim polisi arasındakı toqquşmalar davam edir

İnformasiya qaynaqları bu gün səhər tezdən/ Benyamin Netanyahunun məhkəmə islahatları layihəsinə qarşı çıxanlarla sionist rejim polisi arasındakı toqquşmaların davam etməsindən xəbər veriblər.

Fələstinin «Səma» informasiya agentliyinin məlumatına görə, sionist rejim polisi süvari qüvvələr və su şırnaqları ilə Təl-Əvivin mərkəzindəki əlaqə yollarını yenidən açmaq niyyətində olub. Belə ki, sionist rejimin polis qüvvələri Təl-Əvivdə etirazçılar tərəfindən bağlanmış «Ayalon» küçəsini açmağa cəhd ediblər. Bu məsələ iki tərəf arasında şiddətli toqquşmaya gətirib çıxarıb.Sionist rejim polisi işğal edilmiş Qüdsdə də etirazçılarla toqquşub və minlərlə etirazçını dağıtmağa çalışıb.Məlumatlara görə, Təl-Əvivdə və işğal edilmiş Qüdsdə sionist rejimin baş naziri Netanyahunun tərəfdarları ilə əleyhdarları arasında da toqquşmalar baş verib.

Teqlər