Rusiyadan Borrellin açıqlamasına münasibət: "Aciz və qəzəblisiniz"
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Avropa İttifaqının xarici siyasət rəsmisinin təhqirlərinə cavab olaraq bildirib ki, Avropa hər şeyini itirmiş bir şəxs kimidir ki, qısqanclıq üzündən danışır.
Avropa İttifaqının xarici siyasət rəsmisi Cozep Borrellin Rusiya Federasiyasına qarşı təhqiramiz açıqlamaları bu ölkənin Xarici İşlər Nazirliyinin reaksiyasına səbəb olub. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Avropa İttifaqı diplomatiyasının rəhbəri Cozep Borrellin Rusiyanın “iqtisadi cırtdan” adlandırması Aİ-nin paxıllığı və acizliyindən irəli gəlir.
O əlavə edib: "Avropa Birliyi hər şeyini itirmiş və artıq yanacaq doldurmaq üçün yüksək keyfiyyətli yanacaqdan istifadə edə bilməyən müflis adama bənzəyir. Eyni zamanda, Rusiya yanacaq ticarətini davam etdirir, lakin avropalıların ticarəti bu qitədən kənara axıb.
Bu rus diplomat, həmçinin vurğulayıb: Nüvə silahlarına gəlincə, yalnız bir Avropa İttifaqı ölkəsində bu silahlar var, digərləri isə onları istehsal edə bilməyib. Deməli, bu ölkələrin qürurlanacaq heç bir şeyləri yoxdur, ona görə də qəzəblə reaksiya verirlər".
"Rianavosti" saytının məlumatına görə, Zaxarova sonda əlavə edib: "Ona görə də Borrellin verdiyi bütün açıqlamalar qısqanclıq və acizlikdən irəli gəlird".
Avropa Birliyinin xarici siyasət rəhbəri şənbə günü İspaniyanın bir qəzetinə verdiyi müsahibədə Rusiyanı “iqtisadi cırtdan” adlandırıb və bu ölkənin nüvə silahı olan yanacaqdoldurma məntəqəsi kimi olduğunu iddia edib.