İranın BRİKS-ə üzvlüyü, ABŞ-ın təkvektorluluğuna qarşıdır
İran İslam Respublikası prezidenti İranın BRİKS-ə rəsmi üzvlüyünün/ ABŞ-ın təkvektorluluğu ilə müxalifət də daxil olmaqla bu qrupun prinsipial yanaşmalarının güclənməsinə səbəb olacağını bildirib.
İkitərəfli həmkarlıqların və çoxvektorluluq prosesinin gücləndirilməsinə hazırıq- deyə, İran prezidenti söyləyib.
SəhərAzəri-nin məlumatına görə, İran prezidenti Seyid İbrahim Rəisi və Çin prezidenti Si Tsinpin bu gün BRİKS qrupunun on beşinci sammitinin kənarında ikitərəfli əməkdaşlıqların və xüsusən BRİKS çərçivəsində çoxtərəflilik prosesinin gücləndirilməsinə təkid ediblər.
Tehranla Pekin arasındakı cari razılaşmalara işarə edən İran prezidenti həmçinin iki ölkənin 25 illik strateji həmkarlıqlar çərçivəsində/ razılaşmaların icrasına təkid edib.
Si Tsinpin də İranın BRİKS-ə üzvlüyünü təbrik edib. Bildirib ki, Çin çoxvektorluluq prosesinin gücləndirilməsi üçün müxtəlif zəminlərdə əməkdaşlıqların genişləndirilməsi və ikitərəfli həmkarlıqların gücləndirilməsinə hazırdır.
Ərəbistan xarici işlər naziri Feysəl bin Fərhan da BRİKS sammitinin kənarında İran İslam Respublikası prezidenti ilə görüşüb.